İanə et
Online
SMS
Bank
ƏHMƏDZADƏ ELMƏDDİN UĞUR OĞLU
- Doğum tarixi
- 01.10.1996
- Statusu
- Şəhid
- Vəfat tarixi
- 27.09.2020
- Rütbəsi
- MAHHXHQ əsgər
- Haqqında
Elməddin Uğur oğlu Əhmədzadə 1994-ci il, oktyabrın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Əslən Füzuli rayonunun Qacar kəndindəndir. Elməddin Əhmədzadə Bakıda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alıb. Liseyi bitirdikdən sonra 2014-cü ildə hərbi xidmətə gedib, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edib. 2016-cı il hərbi xidməti fəxri fərmanla bitirib.
Elməddin 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib. Vətən müharibəsi başlamasına bir ay qalmış - avqustun 21-də könüllü olaraq yenidən hərbiyə yazılıb və manqa başçısı kimi xidmətə başlayıb. Sentyabrın 27-də Füzuli-Cəbrayıl istiqamətindəki döyüşlərdə aldığı sinayper gülləsi yarasından şəhid olub.
Son dəfə həmin gecə ailəsiylə telefonla danışan Elməddin Vətən müharibəsinin başlamasını "gözlədiyim an gəldi, haqqınızı halal edin, başınızı dik tutun", - deyə xəbər edib.
Azərbaycan Ordusunun əsgəri Elməddin Əhmədzadə Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Cəsur döyüşçü","Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhidimizin ailəsinə "YAŞAT" Fondunun göstərdiyi dəstəklə Hesabatlar bölməsindən Adlı siyahı hissəsindən tanış ola bilərsiniz.
Əlavə məlumat üçün: 8110 Çağrı Mərkəzi