MANAFOV OSMAN NATİQ OĞLU

Doğum tarixi
24.11.1991
Statusu
Şəhid
Vəfat tarixi
27.10.2020
Rütbəsi
Əsgər
  • «Vətən müharibəsi iştirakçısı» medalı
  • «Füzulinin azad olunmasına görə» medalı
  • Haqqında

Osman Natiq oğlu Manafov 24 noyabr 1991-ci ildə Suraxanıda doğulub. XI sinfədək Bakı şəhərindəki Rixard Zorge adına 90 saylı məktəbdə oxuyub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Manafov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Manafov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.