CUMAYEV ORXAN FƏTƏLİ OĞLU

Doğum tarixi
14.01.2000
Statusu
Şəhid
Vəfat tarixi
02.11.2020
Rütbəsi
MAHHXHQ əsgər
  • «Vətən uğrunda» medalı
  • Haqqında
Orxan Cumayev Fətəli oğlu 2000-ci il yanvarın 14-də Zaqatala şəhərində anadan olub. Bir bacı, bir qardaş olublar. Orxan 2006-2017-ci illərdə Ş.Qurbanov adına 3 saylı Zaqatala şəhər tam orta məktəbində təhsil alıb. 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Ordumuzun əsgəri Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatıllıb. O, oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Zaqatala şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Orxan Cumayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.