SEYFULLAZADƏ KAMRAN CƏLAL OĞLU

Doğum tarixi
14.01.1999
Statusu
Şəhid
Vəfat tarixi
05.11.2020
Rütbəsi
əsgər
  • «Vətən uğrunda» medalı
  • «Cəsur döyüşçü» medalı
  • «Xocavəndin azad olunmasına görə» medalı
  • «Füzulinin azad olunmasına görə» medalı
  • «Şuşanın azad olunmasına görə» medalı
  • Haqqında
Seyfullazadə Kamran Cəlal oğlu 14 yanvar 1999-cu ildə Astara rayonunda anadan olub, orta təhsilini Astara şəhər F.Əliyarov adına 6 saylı orta məktəbdə alıb. "N" saylı hərbi hissədə hərbi xidmətini başa vuran Kamran Seyfullzadə 2020-ci ilin İyul hadisələri zamanı könüllü şəkildə cəbhəyə döyüşə getmək üçün hərbi komissarlığa ərizə ilə müraciət edir. Əks-hücum əməliyyatları başlayan ilk günlərdə Kamran könüllü cəbhəyə yollanır. Füzuli, Hadrut, Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edib və dəfələrlə yaralı yoldaşlarını yoldaşlarını döyüş meydanından çıxarıb. Sonda isə Şuşaya ilk daxil olan Xüsusi Təyinatlı Dəstənin könüllüsü Kamran 4 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 2020-ci il noyabrın 5-də doğulduğu Astara rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Kamran Seyfullazadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.