İanə et
Online
SMS
Bank
ŞİRƏLİYEV KƏNAN TELMAN OĞLU
- Doğum tarixi
- 03.02.2001
- Statusu
- Şəhid
- Vəfat tarixi
- 18.11.2020
- Rütbəsi
- Əsgər
- Haqqında
Kənan Telman oğlu Şirəliyev 2001-ci il fevral 3-də Salyan rayonunun Qarabağlı kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Kənan Şirəliyev noyabrın 1-də Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub. Salyan rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kənan Şirəliyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimizin ailəsinə "YAŞAT" Fondunun göstərdiyi dəstəklə Hesabatlar bölməsindən Adlı siyahı hissəsindən tanış ola bilərsiniz.
Əlavə məlumat üçün: 8110 Çağrı Mərkəzi