RÜSTƏMOV ƏLƏS VİDADİ OĞLU

Doğum tarixi
24.11.1998
Statusu
Şəhid
Vəfat tarixi
23.11.2020
Rütbəsi
MAHHXHQ əsgər
  • «Vətən uğrunda» medalı
  • Haqqında
Ələs Rüstəmov 1998-ci il noyabrın 24-ü Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olub. M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbini bitirib. Ələs Rüstəmov 2016-2017-ci illərdə Bakıda hərbi xidmət keçib, 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətdən keçən hərbi qulluqçu olaraq işə başlayib. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin ələ keçirilməsində iştirak dibr. 2020-ci il oktyabrın 2-si şəhid olub, doğulduğu tarixdə - noyabrın 24-ü dəfn edilib. Bir yaralı əsgər yoldaşı onun haqqında söyləyir: “Ələs çox hörmət qazanmışdı. Komandirin sağ qolu idi. Bir gün komandir demişdi ki, mənə nəsə olsa, mən şəhid olsam bu tağım Ələsə əmanətdir. Elə də oldu. Komandir şəhid oldu. Tağıma Ələs başçılıq edirdi, əmrləri o verirdi. Xeyli irəliləmişdik. Sonra bir gün nə oldusa, hər yer toz-dumana qərq oldu. Ələsi görə bilmədik”. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə əsgər Rüstəmov Ələs Vidadi oğlu ölümündən sonra " Vətən uğrunda" medalı ilə təltif edilmişdir.