BAYRAMOV ŞAHİN ARİF

Doğum tarixi
14.01.1992
Statusu
Şəhid
Vəfat tarixi
17.12.2020
Rütbəsi
MAHHXHQ əsgər
  • «Vətən uğrunda» medalı
  • «Cəsur döyüşçü» medalı
  • «Kəlbəcərin azad olunmasına görə» medalı
  • Haqqında
Şahin Arif oğlu Bayramov 1992-ci il, yanvarın 4-də Gəncə şəhərində anadan olub. 2009-cu ildə Gəncə şəhər 21 nömrəli tam orta məktəbi bitirib. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət Rusiya Federasiyasında yaşayıb. Qayıdandan sonra 2018-ci ildən MAXE hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. Vətən Müharibəmiz başlayanda Şahin Bayramov xidmət etdiyi hərbi hissənin tərkibində cəbhəyə yollanıb, Murov zirvəsinin alınmasında yaxından iştirak edib. 2020-ci il, oktyabrın 1-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra şəhid Şahin Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. İki övladı yadigar qalıb.