ƏLİYEV AMİD İLHAMOVİÇ

Doğum tarixi
03.12.1999
Statusu
Şəhid
Vəfat tarixi
30.09.2020
Rütbəsi
MAHHXHQ əsgər
  • «Vətən uğrunda» medalı
  • «İgidliyə görə» medalı
  • «Cəbrayılın azad olunmasına görə» medalı
  • «Füzulinin azad olunmasına görə» medalı
  • Haqqında

Amid İbrahim oğlu Əliyev 1999-cu il dekabrın 3-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. 2005-2016-cı illərdə Çaylı kənd tam orta məktəbində təhsil alıb. Tərtər rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Ordusunda xidmətini Ağcəbədi, Füzuli rayonları ərazisində davam etdirib.

Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu olan Amid Əliyev 2020-ci il sentyabrın 27-də erməni işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa edilməsi naminə başlayan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Əliyev oktyabrın 1-də Füzulidə şəhid olub. Biləsuvar rayonunun Çaylı kənd qəbristanlığında dəfn edilib.