MEHTİYEV PAŞA EHTİBAR OĞLU

Doğum tarixi
24.11.1978
Statusu
Şəhid
Vəfat tarixi
03.10.2020
Rütbəsi
Baş gizir
  • «Vətən Müharibəsi Qəhrəmanı» medalı
  • «Vətən uğrunda» medalı
  • «İgidliyə görə» medalı
  • «Cəbrayılın azad olunmasına görə» medalı
  • Haqqında

Paşa Ehtibar oğlu Mehtiyev 1978-ci il noyabrın 24-də Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub.

Paşa Mehdiyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Aprel döyüşləri zamanı fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilib.
Azərbaycan Ordusunun baş giziri olan Paşa Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Paşa Mehdiyev oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Paşa Mehdiyev ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.