İanə et
Online
SMS
Bank
HƏSƏNOV XƏYAL ƏLİYULLA OĞLU
- Doğum tarixi
- 30.11.1998
- Statusu
- Şəhid
- Vəfat tarixi
- 04.10.2020
- Rütbəsi
- Əsgər
- Haqqında
Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi və 30 illik nifrət hiss, qisas əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, məzarı önündə səcdə etdiyimiz şəhidlərimizdən biri də Xəyal Həsənovdur. Xəyal Əliyulla oğlu Həsənov 1998-ci il noyabrın 30-da Şabran şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 2018-ci ildə Xəyal Həsənov həqiqi hərbi xidmətə çağırılıb.
Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda Vətən müharibəsi başlananda Xəyal Həsənovun hərbi xidmətini başa vurmasına 2 ay qalırdı. Buna baxmayaraq Xəyal düşmənə qarşı ön cəbhədə döyüşməyi seçib, bununla da şəhidlik zirvəsinə yol alıb. Vətən müharibəsi zamanı Xəyal Həsənov Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Hətta düşmənlə əlbəyaxa da döyüşüb. 22 yaşı tamam olmamış Xəyal Həsənov 2020-ci ilin 4 oktyabr tarixində Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə "Cəsur döyüşçü" medalı, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhidimizin ailəsinə "YAŞAT" Fondunun göstərdiyi dəstəklə Hesabatlar bölməsindən Adlı siyahı hissəsindən tanış ola bilərsiniz.
Əlavə məlumat üçün: 8110 Çağrı Mərkəzi