ƏLƏSGƏROV VADİM AĞABA OĞLU

Doğum tarixi
24.11.1993
Statusu
Şəhid
Vəfat tarixi
08.10.2020
Rütbəsi
Kiçik çavuş
  • «Vətən uğrunda» medalı
  • «Füzulinin azad olunmasına görə» medalı
  • Haqqında
Qarabağı azadlığa qovuşduran müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də 1993-cü il noyabrın 24-də Qusar rayonunun Urva kəndində anadan olmuş Vadim Ələsgərovdur. Azərbaycan Ordusunun kiçik çavuşu olan Vadim Ələsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vadim oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Qusar rayonunun Urva kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Vadim Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən,Vadim Ələsgərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.