ƏHMƏDOV ZAMİQ ÇİNGİZ OĞLU

Doğum tarixi
16.11.1987
Statusu
Şəhid
Vəfat tarixi
27.09.2020
Rütbəsi
kiçik çavuş
  • «Vətən uğrunda» medalı
  • Haqqında

Zamiq Çingiz oğlu Əhmədov 1987-ci il, noyabrın 16-da Göyçay rayonunun Ləkçılpaq kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Zamiq Əhmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində vuruşub.

Zamiq Əhmədov sentyabrın 27-də Ağdam istiqamətində şəhid olub. Göyçay rayonunun Ləkçılpaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Zamiq Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.