ƏLİZADƏ TALEH ZAUR OĞLU

Doğum tarixi
29.11.1995
Statusu
Şəhid
Vəfat tarixi
20.10.2020
Rütbəsi
Əsgər
  • «Vətən uğrunda» medalı
  • «İgidliyə görə» medalı
  • «Cəbrayılın azad olunmasına görə» medalı
  • «Xocavəndin azad olunmasına görə» medalı
  • «Füzulinin azad olunmasına görə» medalı
  • Haqqında
Vətən müharibəsində tarix yazan qəhrəmanlarımızdan biri də Taleh Əlizadədir. Taleh Zaur oğlu Əlizadə 1995-ci il noyabrın 29-da Cəlilabad rayonunun Alar kəndində anadan olub. Şəhidimiz ailəli idi, oğul övladı Vətənə əmanət qalıb. Azərbaycan Ordusunun əsgəri olan Taleh Əlizadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Taleh Əlizadə oktyabrın 18-də Cəbrayılda şəhid olub. Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda göstərdiyi misilz şücaətlərə görə Taleh Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.