İSRAFİLOV ABDURAHMAN İSRAFİL OĞLU
- Doğum tarixi
- 11.06.1991
- Statusu
- Şəhid
- Vəfat tarixi
- 21.10.2020
- Rütbəsi
- Baş çavuş
- Haqqında
Abdulrahman İsrafil oğlu İsrafilov 1991-ci il iyunun 11-də Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1997-2008-ci illərdə İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Nilay adında bir qızı yadigar qaldı.
Abdurahman İsrafilov 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-2016-cı illərdə Sərhəd Qoşunlarının, 2019-cu ildən isə Quru Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Azərbaycan Ordusunun baş çavuşu olan Abdulrahman İsrafilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdulrahman İsrafilov oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulrahman İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulrahman İsrafilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhidimizin ailəsinə "YAŞAT" Fondunun göstərdiyi dəstəklə Hesabatlar bölməsindən Adlı siyahı hissəsindən tanış ola bilərsiniz.
Əlavə məlumat üçün: 8110 Çağrı Mərkəzi