İanə et
Online
SMS
Bank
ABBASOV ASİM RASİM OĞLU
- Doğum tarixi
- 26.05.1987
- Statusu
- Şəhid
- Vəfat tarixi
- 28.09.2020
- Rütbəsi
- MAHHXHQ çavuş
- Haqqında
Asim Rasim oğlu Abbasov 1987-ci il mayın 26-da İmişli rayonunun Hacırüstəmli kəndində anadan olub. 2012-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdu. Azərbaycan Ordusunun çavuşu Asim Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpası üçün başlayan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.
Döyüşçü yoldaşılarının arasında Asimin ləqəbi "Qara qartal" idi.
Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Şəhidimizin ailəsinə "YAŞAT" Fondunun göstərdiyi dəstəklə Hesabatlar bölməsindən Adlı siyahı hissəsindən tanış ola bilərsiniz.
Əlavə məlumat üçün: 8110 Çağrı Mərkəzi