ABBASOV MURAD VASİF OĞLU

Doğum tarixi
20.04.1998
Statusu
Şəhid
Vəfat tarixi
23.10.2020
Rütbəsi
əsgər
  • «Vətən uğrunda» medalı
  • «Cəbrayılın azad olunmasına görə» medalı
  • «Qubadlının azad olunmasına görə» medalı
  • Haqqında
Abbasov Murad Vasif oğlu 1998-ci il aprel ayının 20- si Lənkəran rayonunun Şıxəkəran kəndində anadan olub. 2004- cü ildə Namiq Həsənov adına Şıxəkəran kənd tam orta məktəbinin 1-ci sinifinə təhsil almağa gedib. 2015-ci ildə həmin məktəbdə 11 illik təhsilini başa vurub. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 1 il 6 aylıq hərbi xidməti bitirib, sağ-salamat doğma evinə qayıdır. 2020-ci il sentyabr ayın 27-də Vətən Müharibəsi başlayanda Murad tərəddüd etmədən cəbhəyə yollanır. Döyüş yoldaşlarının dediyinə görə o, şücaətlə vuruşurmuş. 2020- ci il oktyabr ayının 23-də Murad gərgin döyüşlərin birində Şəhidlik zirvəsinə ucalır. Bir gün sonra doğma kəndlərində, Şah İsmayıl Xətainin ulu babası Şeyx Zahid Gilaninin məzarının yanında dəfn olunur.