İanə et
Online
SMS
Bank
BƏDİROV MURAD QİSMƏT OĞLU
- Doğum tarixi
- 25.01.2001
- Statusu
- Şəhid
- Vəfat tarixi
- 29.10.2020
- Rütbəsi
- MAHHXHQ kiçik çavuş
- Haqqında
Murad Bədirov 2001-ci il yanvarın 25-də Cəlilabad rayonunun Kazımabad kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Murad Bədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Murad Bədirov oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Bədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhidin atası yerli mətbuata oğlu ilə bağlı xatirələrini bölüşüb.
Şəhid atası deyir ki, hələ Muradın beş yaşı olanda o, anasını itirib:
“Özüm sürücü işləyirəm. İki oğlum var. Murad isə evin kiçiyidir. Əzab-əziyyətlə böyütmüşəm uşaqlarımı. Muradın beş yaşı olanda anası xəstələnərək dünyasını dəyişdi. İki övladıma həm atalıq, həm də analıq etdim. Övladlarım böyüyəndən sonra mənə kömək etmək istədilər. Mənim də bir ata kimi borcum övladlarımın gələcəyin qurmaqdır. Böyük oğlum Mahsun hərbi xidmətdən qayıtdıqdan sonra məktəbdə gözətçi işləməyə başladı”.
“Muradla sonuncu dəfə sentyabrın 8-də danışdıq…”
“Murad da iyul ayında hərbi xidmətini başa vurub evə qayıtdı. Sentyabr ayında Murad müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında işə başladı. Elə sentyabr ayı da döyüşlər başladı. Muradla sonuncu dəfə sentyabrın 8-də danışdıq. Dedi ki, “ata, hər şey yaxşıdır”. (Ağlayır) Ondan sonra Muradla əlaqə saxlaya bilmədik. Onu çox axtardım, amma tapa bilmədim. Muradın şəhid xəbərini bizə oktyabrın 18-də verdilər və oktyabrın 19-da onu yaşadığımız kənddə böyük izdihamla dəfn etdik. İndi də hara baxıramsa, gözlərim Muradı axtarır”.
Şəhidin həyat və döyüş yolu ilə bağlı video materialı təqdim edirik:
Şəhidimizin ailəsinə "YAŞAT" Fondunun göstərdiyi dəstəklə Hesabatlar bölməsindən Adlı siyahı hissəsindən tanış ola bilərsiniz.
Əlavə məlumat üçün: 8110 Çağrı Mərkəzi