KƏRİMOV ELMİR RƏHİM OĞLU

Doğum tarixi
26.05.1998
Statusu
Şəhid
Vəfat tarixi
27.11.2020
Rütbəsi
MAHHXHQ əsgər
  • «Cəsur döyüşçü» medalı
  • «Suqovuşanın azad olunmasına görə» medalı
  • Haqqında
Elmir Kərimov 1998-ci il mayın 26-da Balakən rayonunun Hənifə kəndində anadan olub.2004-2015-ci illərdə Z.Əliyeva adına 3 saylı Balakən şəhər tam orta məktəbində təhsil alıb. Elmir Kərimov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Elmir Kərimov 2018-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmir Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmir Kərimov Suqovuşan döyüşləri zamanı 1 oktyabr tarixində şəhid olub. Balakən rayonunun Hənifə kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elmir Kərimov ölümündən sonra ”Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. memorial.az