QƏNBƏROV ELMİR RAYİL OĞLU

Doğum tarixi
26.05.1982
Statusu
Şəhid
Vəfat tarixi
Rütbəsi
Əsgər
  • «Cəbrayılın azad olunmasına görə» medalı
  • «Füzulinin azad olunmasına görə» medalı
  • Haqqında

Elmir Qənbərov 

26.05.1982 ci ildə Beyləqan rayonunun Qəhrəmanlı kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Elmir Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və fərqlənib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Qənbərov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[1]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Qənbərov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[2]

Dekabrın 27-də saat 15:30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan Silahlı Qüvvələrinin qalıqlarından ibarət 6 nəfər Azərbaycan Ordusunun bölmələrinə hücum edib.[3] Nəticədə əsgər Elmir Qənbərov şəhid olub.[3] Görülən tədbirlər nəticəsində isə qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib