İMANZADƏ HİLAL SABİR OĞLU

Doğum tarixi
23.06.1995
Statusu
Şəhid
Vəfat tarixi
02.10.2020
Rütbəsi
Çavuş
  • «Vətən uğrunda» medalı
  • «Cəbrayılın azad olunmasına görə» medalı
  • Haqqında
44 günlük Vətən Müharibəsində xüsusi qəhrəmanlıq göstərən hərbçilərimizdən biri də şəhid Hilal İmanzadədir. İmanzadə Hilal Sabir oğlu 1995-ci il 23 dekabr Beyləqan rayonu Şahsevən kəndində anadan olub. Hilal İmanzadə 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə DİN Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Türkiyədə snayper kursunda yüksək nəaliyət qazanıb. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Hilal İmanzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Hilal İmanzadə oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hilal İmanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Hilal İmanzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.