İanə et
Online
SMS
Bank
MƏMMƏDOV ELMİR ARZU OĞLU
- Doğum tarixi
- 03.06.1999
- Statusu
- Şəhid
- Vəfat tarixi
- 27.09.2020
- Rütbəsi
- əsgər
- Haqqında
Elmir Məmmədov 1999-cu il iyunun 3-də Salyan rayonunun Xocalı kəndində anadan olub.2004-2008-ci illərdə Xocalı kənd tam orta məktəbində, 2008-2015-ci illərdə isə Salyan şəhərinin 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2015-2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Elmir Məmmədov sentyabrın 27-də şəhid olub. Salyan rayonunun Xocalı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Şəhidimizin ailəsinə "YAŞAT" Fondunun göstərdiyi dəstəklə Hesabatlar bölməsindən Adlı siyahı hissəsindən tanış ola bilərsiniz.
Əlavə məlumat üçün: 8110 Çağrı Mərkəzi