ABDULLAZADƏ QASIM ƏLİ OĞLU

Doğum tarixi
27.07.1999
Statusu
Şəhid
Vəfat tarixi
14.10.2020
Rütbəsi
Əsgər
  • «Vətən uğrunda» medalı
  • «Füzulinin azad olunmasına görə» medalı
  • Haqqında
Qasım Əli oğlu Abdullazadə 27 iyul 1999-cu ildə Bakının Mərdəkan qəsəbəsində anadan olub. 2005-ci ildə Mərdəkanda yerləşən H.Z.Tağıyev adına 123 nömrəli orta məktəbə gedib, təhsilini 2016-cü ildə İsmayıllı rayonu 1 saylı tam orta məktəbdə başa vurub. 2017-ci il iyulun 27-də həqiqi hərbi xidmətə yola düşüb. 2019-cu ildə hərbi xidmətini tamamlayıb. Qasım Vətən müharibəsi zamanı cəbhənin bir çox istiqamətlərində döyüşlərdə iştirak edərək, şücaət göstərib. 21 oktyabr 2020-ci ildə Füzulidə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qasım Abdullazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Qasım Abdullazadə,eyni zamanda Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə də təltif edilib.